Gəncədə ev və avtomobil yanaraq külə döndü – APA TV
08:40
15 aprel 2024
Gəncədə yanğın baş verib. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Sözü gedən qəsəbədə yaşayan 1958-ci il təvəllüdlü Güldanə Nağıyevaya məxsus ümumi sahəsi 165 kv metr olan fərdi yaşayış evində anidən yanğın olub.
Hadisə yerinə 5 yanğınsöndürən maşın və 30-dan artıq canlı qüvvə cəlb olunub. Yanğın qısa zamanda söndürülüb və qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində yaşayış evi tamamilə yararsız vəziyətə düşüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu
DİGƏR XƏBƏRLƏR
Minatəmizləmə prosesində Azərbaycana lazımi yardım göstərilmir
16:51
31 may 2024
İndiyədək Laçın şəhərində 513 ailənin daimi məskunlaşması təmin edilib
10:34
31 may 2024
Dustaqlar saxlanan bu yerdən Qız qalasına gizli yol var imiş
20:00
30 may 2024
DİN-in əməkdaşı kimi qapını döyüb evi soydular – BU VİDEO insanları qorxuya saldı
15:20
29 may 2024