Gəncədə evdə güclü partlayış oldu

# 13:23
26 may 2022

Gəncədə yanğın baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində, 5-ci mikrorayonunda yerləşən Bina 9,  mənzil 20-də qeydə alınıb. Ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hadisə nəticəsində 38 yaşlı Yaşar Rəhimov yanaraq ölüb. Yanğın yerinin kəşfiyyatı zamanı onun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Meyit hadisə yerində prokurorluq əməkdaşları tərəfindən ilkin müayinə olunduqdan sonra Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR