Gəncədə evdə partlayış oldu – EV SAHİBİ XƏSARƏT ALDI
Gəncədə evdə partlayış olub, qadın yanıq xəsarətləri alıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binalardan birində qeydə alınıb.
Hadisə zamanı ev sahibi 34 yaşlı Cəmilə Musayeva yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib, vəzyyətinin orta ağır olduğu bildirilir.
İlkin ehtimallara görə, hadisə qaz sızmasında baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu