Gəncədə evdən qanunsuz çıxan koronavirus xəstəsi saxlanılıb

# 17:49
10 aprel 2021

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.

 

DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA TV-yə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Elman Ələsgərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı evi tərk etməsi müəyyən edilib.

 

Zəruri tibbi prosedurlar gözlənilməklə Elman Ələsgərov  yaşadığı evə göndərilib, onun barəsində cinayət işi başlanılıb.

 

Bundan başqa, polis əməkdaşları Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə, fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda və şəhərdaxili sərnişindaşıma avtobuslarında gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR