Gəncədə güclü külək və yağış fəsadlar törətdi
Ötən axşam Gəncədə küləklə müşayiət olunan güclü yağış yağıb. Güclü külək və yağış bəzi fəsadlar törədib. Təbii fəlakət nəticəsində evlərin həyətlərinə, zirzəmilərinə su dolub. Şəhərin Sadıllı qəsəbəsində 20-dən artıq evin həyətyanı sahəsinə su dolub. Nəticədə ev əşyalarına, fərdi təsərrüfatlara ziyan dəyib, ev quşları tələf olub. Əraziyə cəlb olunan FHN-nin aidiyyəti qurumları əraziyə cəlb olunub. Fəsadlar aradan qaldırılıb, həyətlərə və zirzəmilərə dolmuş sular nasoslar vasitəsilə çəkilərək boşaldılıb. Yağışla əlaqədar şəhərin bəzi hissələrində elektrik enerjisinin verilməsində müvəqqəti fasilə yaranıb.
Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib