Gəncədə karusel qırıldı, azyaşlı xəsarət aldı
Gəncədə bədbəxt hadisə baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı parkında qeydə alınıb. 2010-cu il təvəllüdlü NurayAbbasova sözü gedən parkda quraşdırılan karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib