Gəncədə külək irigövdəli ağacları qəbirlərin üzərinə aşırıb
Qeyri-sabit hava şəraiti Gəncədə də fəsadlar törədib. 4 saylı qəbiristanlıqda iri gövdəli ağaclar məzar daşlarının üzərinə aşıb. Küləyin təsirindən təxminən 10-a yaxın iri gövdəli ağac aşaraq məzar daşlarının üzərinə düşüb. İlkin məlumata görə, bəzi məzar daşlarına ziyan dəyib. Aşan ağaclar əsasən şam və çinar ağaclarıdır. Qəbiristanlıq rəsmilərinin sözlərinə görə, ağacların bir çoxu quruyub və ağacların quruması ilə bağlı daha öncə aidiyyəti üzrə məlumat verilib. Küləyin təsirindən ağaclara yaxın olmayan məzar daşları da uçub. Təxminən 12 məzar daşı sıradan çıxıb. Qeyri-sabit hava şəraiti fərdi yaşayış evlərinin də hasarlarını uçurub. İlkin hesablamalara görə, təkcə 50-dən çox ağac aşıb, binaların dam örtüyünə ziyan dəyib. Hazırda Gəncə və ətraf bölgələrdə küləkli və yağışlı hava şəraiti hökm sürür. FUAD NAZİMOĞLU, ELŞAD CƏFƏR, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu