Gəncədə marşrut avtobusu aşdı
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin çıxışında, Nizami Gəncəvi məqbərəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobus yoldan çıxaraq dərəyə aşıb.
Dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sürücü Canpolad Abdullayevin sözlərinə görə, hadisə zamanı avtobusda iki qadın sərnişin olub. Xoşbəxtlikdən sürücü və sərnişinləri qəzadan xəsarətsiz xilas ola biliblər. Sürücü iddia edir ki, qəzaya sərnişinlərin onun diqqətini yayındırması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu