Gəncədə maşın piyadanı vurdu – Hadisə şahidlərindən MÜSAHİBƏ
Gəncədə yol nəqliyyat hadisəsi baş verib. 30 yaşlı İzzət Həsənov idarə etdiyi minik maşını ilə marketdən çıxaraq yolu keçmək istəyən 29 yaşlı Rəşad Namazovu vurub. Hadisə axşam saatlarında Atabəylər küçəsində qeydə alınıb. Piyada xəstəxanaya çatdırılsa da, həkimlər onun artıq öldüyünü müəyyən ediblər. Hadisə şahidləri deyir ki, sözügedən ərazidə müvafiq nişanlar və tənzimləyicilər olmadığı üçün bənzər hadisələr tez-tez baş verir. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Mehdi Rəşid APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu