Gəncədə Milad bayramı belə qeyd edildi
Gəncədə və bölgədə yaşayan provaslavlar bu gün Milad bayramını qeyd edib.
Pravoslav inanclı xristianlar Aleksandr Nevski adına Rus Provaslav kilsəsinə gələrək müqəddəs bayramlarının gəlişini birgə yaşayıblar. Məbədin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinləri icra edib, tanrıya dualar oxuyublar.
Bayramda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb, ölkəmizdə daima sülh və əmin-amanlıq olması üçün dualar edilib.
Gəncə və ətraf bölgələrdə yaşayan provaslavlar illərdir milad bayramı keçirir və heç vaxt onlara qarşı ayrı-seçkilik olmadığını bildirirlər.
Qeyd edək ki, Xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu