Gəncədə Milad bayramı qeyd edilib
18:55
7 yanvar 2023
Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib. Pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün - 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbrik məktubu oxunub.
Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.
Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.
DİGƏR XƏBƏRLƏR
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
22:02
2 iyul 2024
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
19:31
1 iyul 2024
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
09:25
1 iyul 2024
Gəncədə ağır yol qəzası baş verib
09:24
1 iyul 2024