Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşdu
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı maşınla 2 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusu toqqquşub.
Qəza zamanı 2 nəfər - "VAZ 21011"in sürücüsü, 1977-ci il təvəllüdlü Ramil Əhmədov və avtobusun sərnişini, 1970-ci il təvəllüdlü Gülnaz Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycandan keçməklə Ermənistana növbəti yük yola salındı
Şükürbəyli kəndinə növbəti köç: 25 ailə doğma yurduna qayıtdı