Gəncədə minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb,sürücü xəsarət alıb
Gəncədə xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.APA-TV nin yerli bürosunun məlumatına görə hadisə şəhərin Şərq çıxışında "Nizami Məqbəsi"nin yaxınlığında qeydə alınıb.Hərəkətdə olan "BMW" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.Nəticədə avtomobil yoldan çəxarqq bir neçə metr yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü 2006-cı il təvəllüdlü E.Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.İlkin ehtimallara görə qəzaya səbəb yağışlı hava şəraiti olub.Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu APA TV GƏNCƏ
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib