Gəncədə narkotik satanlar tutuldu

# 18:45
20 iyul 2021

Gəncədə qanunsuz narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami Vəliyev saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərindən 10 ədəd “tramadol” həbi aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs həmin həbləri 15 manata Faiq adlı şəxsdən aldığını bildirib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Faiq Musayev də saxlanılıb. Onun üzərindən də “tramadol” həbləri aşkar edilərək götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində şəhər sakinləri - Ramin Həsənov, Kənan Mahmudov, Məmmədhəsən Məmmədov və Namiq Cəlilov da saxlanılıb. Həmin şəxslərin üzərindən heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR