Gəncədə niyə heç kim avtobusa minmək istəmir?

# 19:57
16 yanvar 2023

Gəncədə ictimai nəqliyyatda tək qapılı və xırda tutumlu avtobuslar fəaliyyət göstərir. Bu da sərnişin daşımada bir sıra problemlər yaradır. Bundan əlavə avtobusların bir çoxu istismar müddətini başa vurub.

Sərnişinlər avtobusların köhnəliyi ilə yanaşı natəmizliyindən də şikayətçidirlər. Onlar rahat avtobusların olması istəyirlər.

Gəncədə ictimai nəqliyyatın durumu ilə bağlı “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin Gəncə Regional idarəsindən bildirildi ki, qurum yeni fəaliyyətə başlayıb və hazırda təhvil-təslim prosesləri aparılır. Şəhərdaxili nəqliyyatın tənzimlənməsi və yenilənməsi ilə bağlı artıq bir sıra layihələr var.

Qeyd edək ki, bu ilin sonunadək Gəncədə avtobusların nağdsız ödəniş sisteminə keçilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR