Gəncədə poliklinikanın tavanı çökdü
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən poliklinika binasında tavan çöküb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Nizami Ailə Sağlamlıq Mərkəzinin Laboratoriya şöbəsinin otağında qeydə alınıb. Sabah saatlarında anidən tavan hissəsinin torpaq qatı çöküb. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Hadisədən sonra laboratoriyanın fəaliyyəti digər otağa keçirilib.
Hadisənin baş vermə səbəbi araşdırılır.
Onu da qeyd edək ki, Nizami Ailə Sağlamlıq Mərkəzi adlandırılan poliklinika binası sovetlər dövründə tikilib. Poliklinikada gündəlik 100-dən artıq şəhər sakininə xidmət göstərilir.
FUAD NAZİMOĞLU, MEHDİ MƏMMƏDOV, APA TV, GƏNCƏ
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi