Gəncədə polis özü ilə “Kalaşnikov” gəzdirən şəxsi saxladı
Gəncə sakinində avtomat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Qurbanov şəhər ərazisində saxlanılaraq baş idarəyə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd, atəşə yararlı, “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib