Gəncədə qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

# 12:33
24 aprel 2021

Gəncədə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, aprelin 21-də Gəncə şəhər sakini olan bir qadın Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında tanımadığı bir şəxsin onu itələyib yerə yıxması və içərisində 100 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçdığını bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus pul kisəsini soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 33 yaşlı Pərviz İsmayılov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

 

Bundan başqa, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mədətzadə saxlanılaraq polis idarəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 450 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR