Gəncədə qanvermə aksiyası keçirildi
Gəncədə Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası təşkil olunub. Sakinlər Mərkəzi Qan Bankının Gəncə Bölməsində qan veriblər. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Qeyd edək ki, qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu