Gəncədə qəbirlər niyə açılır?

# 18:19
29 sentyabr 2021

Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbirləri ekshumasiya edilib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Şəhidlər xiyabanında olan 49 naməlum qəbrlərdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb.

 

Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb və ekspertizaya aparılıb.

 

Qeyd edək ki, bir müddət öncə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekskumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib. Naməlum şəhid qəbrlərinin ekskumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR