Gəncədə qəza nəticəsində 16 yaşlı sürücü və 13 yaşlı piyada ölüb
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
"Mercedes" markalı minik maşını ilə hərəkətdə olan sürücü, 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan Namiq oğlu yol kənarında dayanan 13 yaşlı piyada İbrahimova Nazlı Elşad qızını vurub. Daha sonra avtomobili ağaca çırpıb.
Qəza zamanı sürücü Əlizadə Numan Namiq oğlu və piyada İbrahimova Nazlı Elşad qızı ölüb, daha 3 nəfər - 2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu, 2004-cü il təvəllüdlü Bayramov İlkin, 2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi