Gəncədə şəhid övladları üçün Yeni il şənliyi keçirilib
Gəncədə şəhid övladları üçün Yeni il şənliyi keçirilib.
Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə idarə və müəssisə rəhbərləri, Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təhsil alan 122 nəfər şəhid övladı və onların ailə üzvləri iştirak edib.
Tədbirdə Həmrəylik Gününün xalqımızın birliyinin simvolu olduğu vurğulanıb.
Gəncə - Daşkəsən regional təhsil idarəsinin müdiri Anar Qədimbəyli bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd canlarını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimizin övladlarını sevindirməkdir.
Yeni il tədbirinə Şaxta baba və Qar qızın gəlişi uşaqlar tərəfindən böyük sevinclə qarşılanıb. Şən musiqi nömrələri, maraqlı səhnəciklər və rəqslərlə davam edən tədbirdə uşaqlara bayram hədiyyələri verilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu