Gəncədə XÜSUSİ ƏMƏLİYYAT: TUTULANLAR VAR
Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, şəhər sakinləri əvvəllər məhkum olunmuş Seymur Məmmədov və Yaşar Hüseynov cari ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq əllərindəki odlu silah ilə sakinləri hədələyərək pul tələb ediblər.
Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman cinayətdə istifadə olunan odlu silah da müəyyən olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib