Gəncədəki qətl necə baş verib? – Ata içəri girib və ...

# 18:02
27 noyabr 2023

 

Gəncədə qardaşın bacısını öldürməsi ilə bağlı təfərrüatlar məlum olub. Məlumata görə bacı və qardaş arasında sosial şəbəkədən istifadəyə görə başlayan davanı əvvəlcə ataları ayırıb. Digər otağa keçən ata sonradan mübahisənin yenidən qızışdığını görərək övladlarının olduğu otağa geri qayıdıb. Bu zaman o, oğlunun bacısına bıçaqla ağır xəsarət yetirdiyini görüb. Qonşuların sözlərinə görə ailə üzvləri arasında daha əvvəllər dava-dalaşın olması müşahidə edilməyib. 21 yaşlı Pəri Allahverdizadə boğaz nahiyəsindən aldığı ağır bıçaq xəsarəti nəticəsində hadisə yerindəcə dünyasını dəyişib. Müddətdən artıq hərbi xidmət qulluqçusu və idmançı olan Əli Allahverdizadə isə hadisədən sonra evi tərk etməyib və polisə könüllü təslim olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, hər ikisi 2001-ci il təvəllüdlü olan Pəri Allahverdizadə ilə Əli Allahverdizadə arasında mübahisənin səbəbi qızın "Instagram" sosial şəbəkəsindən istifadə etməsi olub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Fuad Nazimoğlu, APA TV, Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR