Gəncəni qorxuya salan qəbristanlıq olayı: Sən demə, güldan oğruları imiş – APA TV

# 16:19
8 aprel 2023

Gəncənin qəbristanlıqlarından oğurluq faktı aşkar edilib. Xüsusi ilə məzar daşlarının üzərində olan metal güldanlar oğurlanıb.
Növbəti oğurluq faktı şəhərin 4-saylı qəbristanlığında yaşanıb. Gecə saatlarında qəbristanlığa gələn şəxsin diqqətini gözətçi çəkib. Daha sonra polisə zəng edib. Bənzər hadisələr digər qəbristanlıqlarda da baş verib.

Həmin şəxsi bir neçə dəfə Gəncə şəhərinin “Səbiskar” adlanan qəbristanlığında görüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qəbiristanlıqdakı metal güldanları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İlkin İbrahimov törətdiyi əməli etiraf edib. O, törətdiyi əməldən peşman olduğunu deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Fuad Nazimoğlu APA TV Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR