Gəncin cavabsız eşqi onun yolunu həbsxanaya apardı
Ağcabədidə "Asan xidmət" əməkdaşını qaçıran şəxs həbs olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının 7-də Ağcabədi rayonu ərazisində qohumu Tutu İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb.
Laçın RPŞ-də Qeis Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Qeys Cabbarov Tutunun xalası oğludur. Tutunun ailəsinin iddiasına görə, Qeys Cabbarovun cavabsız eşqi səbəbindən ailələr arasında narazılıq da olub.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib