General: "Vətən müharibəsində Ali Hərbi Məktəbin 10 hərbçisi şəhid olub"
Vətən müharibəsində Ali Hərbi Məktəbin müəllim-zabit, komandir heyəti ilə yanaşı 4-cü kursda təhsil alan kursantları da iştirak edib.
APA TV-nin məlumatına görə, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində iştirak edən məktəbin 600 nəfərə yaxın hərbi qulluqçusundan 10-u şəhid olub, 23 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb: "Şəhid olanlardan 5-i zabit müəllimlər, 5-i isə 4 kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb".
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU