Generallar Vətən Müharibəsi şəhidlərini ziyarət etdi

# 16:36
28 sentyabr 2021

Sentyabrın 28-də Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazirliyin rəhbər vəzifəli digər əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, eləcə də sərhəd qoşunlarının əsgər və zabit heyəti də şəhidləri ziyarət edib, onların məzarları üzərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, bu gün İkinci Fəxri xiyabanda Vətən müharibəsində şəhid olan 6 hərbi qulluqçunun anım tədbiri keçirilib.


Semral Cavad,

Əli Ələkbərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR