Gəzmək üçün çay kənarına gedən Qəbələ sakini itkin düşdü

# 16:57
3 dekabr 2022

Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb.

 

Qəbələ şəhər sakini, 49 yaşlı Səyavuş İbrahimxəlil oğlu Həmidovun sonuncu dəfə 29 noyabr tarixində rayon ərazisində Dəmiraparan çayının kənarında görüldüyü ehtimal edilir.

 

Yaxınlarının bildirdiyinə görə, piyada gəzmək üçün taksi ilə həmin əraziyə gedib və bir daha geri qayıtmayıb.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışları davam etdirir, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Səyavuş İbrahimxəlil oğlu Həmidovu görən şəxslərdən (+994)050 875 79 25,  (+994)070 216 57 38 nömrələrinə zəng edib, məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR