Gizli videolarımızı necə çəkirlər? - İnternetdə YENİ TƏLƏ

# 12:46
20 sentyabr 2021

Son günlər mediada tanınmış şəxslərin və bəzi siyasətçilərin hakerlər tərəfindən qeyri-etik videolarının yayılması böyük səs-küyə səbəb olub.

 

APA TV xəbər verir ki, bu videoların bir çoxunun isə görüntülü danışıq proqramı vasitəsilə çəkildiyi məlum olub. Görüntülü danışıq üzərindən vətəndaşların qeyri-etik videoların əldə olunması isə kiberdünyada kiber şantaj hücum növü adlandırılır. Kiberşantajla məşğul olan hakerlər saxta profillərdən istifadə edir.

Son zamanlar Azərbaycana qarşı edilən kiber hücumlar əsasən xarici profillər vasitəsilə edilir. Hal-hazırda monitorda həmin saxta profillərindən bəzilərini  görə bilərsiniz.

 

Texnobloqer Fərid Pərdəşünasın sözlərinə görə, xüsusən yaşlı nəslin nümayəndələrini hədəf alan bir qrup şəxslər şantaj vasitəsilə vətəndaşların pulların qeyri-qanuni yollarla mənimsəyir: ”Onlar sosial mediada xüsusən xanımların adına saxta profillər açılır. Bu zaman vətəndaşlara görüntü zəng edilir, həmin zəng əsnasında vətəndaşlara intim münasibət təklif olunur. Belə desək onları yoldan çıxarmağa çalışırlar. Onlar bir növ psixoloji təsir edib, qarşı tərəfə qeyri-etik hərəkətlər etdirərək onların videosunu qeydə alır”.


Fərid Pərdəşünasın sözlərinə görə, bu zaman həmin vətəndaş qurbana çevrilir və şantaj edilir. Texnolobloqer deyir ki, bundan çıxış yolu çox müşkül məsələdir, çünki həmin İP (AyPi) ünvanları əsasən xaricdən idarə olunur.

 

Bəs kiberhücumlar ölkə ərazisindən edilərsə o zaman nə etmək lazımdır?


Hüquqşünas Şamil Paşayev deyir ki, bu cür şantaj halları qanunla qadağandır və vətəndaşların məlumatlarını və ya videolarını oğurlayan həmin şəxs və ya kiberqruplar cinayət məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyətə cəlb olunur “Kompüter sistemlərindən məlumatları qanunsuz ələ keçirməklə kibercinayət həyata keçirilirsə, cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayətə səbəb olur. 2 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Bu hücumların bir çoxu ölkə kənarından həyata keçirilir. Bu hal belə olsa da məsuliyyətdən kənarda qala bilməz”.


Texnobloqerlər tövsiyə edir ki, xarici adlardan gələn zəngləri, dostluq istəkləri və  mesajları vətəndaşlar qəbul etməmişdən öncə həmin profili araşdırsın və zərurət yaranarsa hüquq mühafizə orqanlarına müraciət etsinlər.



Semral Cavad
Əli Ələkbərov
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR