Gömrük Akademiyasının əməkdaşını və tələbəsini MAŞIN VURDU
Bakının Sabunçu rayonunda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, Firdovsi Eyvazovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən Ağdaş rayon sakini, 22 yaşlı Rəsulova Sevgi Arzu qızı və paytaxt sakini, 18 yaşlı Elvin Əzizlini vurub. Hər iki piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sevgi Rəsulova Dövlət Gömrük Akademiyasının əməkdaşı, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.
Hadisənin Dövlət Gömrük Akademiyasının yaxınlığında baş verdiyi bildirilir.
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”