Gömrük Komitəsinin vəzifəli şəxsi intihar etdi
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.
APA TV xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.
Orada kirayədə yaşayan, 36 yaşlı Əli Cahangirli özünü asaraq öldürüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı faktı araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib