Goranboyda 11 yaşlı uşaq öldürüldü – TƏFƏRRÜAT

# 23:35
23 avqust 2021

Yeniyetməni öldürüb qamışlığa atdılar.

APA TV-nin yerli bürosunun xəbərinə görə, tükürpədən hadisə Goranboyda baş verib. 11 yaşlı Fərid Təhməzovun cansız bədəni Goran qəsəbəsində qamışlıq ərazidən aşkarlanıb. İlkin məlumata görə, yeniyetməni anası Gülayət Təhməzova onunla qeyri-rəsmi nigahda yaşayan Anar Məmmədovla birgə döyərək öldürüb. Onlar törədikləri əməli ört-basdır etmək üçün Fərid Təhməzovun meyitini qamışlığa atıblar. Gülayət Təhməzova Ağdaş rayonunda qeydiyyatda olsada bir müddətdir ki, Goranboyda Zərifə Quliyevaya məxsus evdə 2 övladı ilə kirayədə yaşayırmış. Anar Məmmədov isə orada qalmasa da tez-tez evə gəlib-gedirmiş.

Ev sahibi bildirir ki, Gülayət və Anar uşaqları tez-tez döyürdü. Qadın isə onlara mane olmaq istəyəndə, ona işlərinə qarışmamasını tələb edirlərmiş.

Goranboy rayon sakini, kirayə evin sahibəsi Zərifə Quliyeva deyir ki, sonuncu dəfə uşağı döyəndə ona xəstəxanaya getməyi deyib. Ana isə belə halda övladını xəstəxanaya apara bilməyəcəyini bildirib. Ondan sonrakı gün isə uşağın yoxa çıxdığını və bu haqda heçkimə bildirməməyi deyiblər.

Ötən gün isə yeniyetmənin qətlə yetirlidiyi məlum olub. Uşağı öldürməkdə şübhəli bilinən Gülayət Təhməzova və Anar Məmmədov saxlanlıblar.

Faktla bağlı Goranboy rayon Prakorluğunda araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Go

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR