Goranboyda 12 yaşlı şagird geyimə görə dərsdən qovuldu?

# 10:06
28 aprel 2022

Bu gün sosial şəbəkələrdə Goranboyun Səfikürd kənd tam orta məktəbinin 6-cı sinif şagirdi olan 12 yaşlı qızın geyim formasının olmamasına görə məktəb rəhbərliyi tərəfindən dərsdən kənarlaşdırılması ilə bağlı məlumatlar yayıldı. Qeyd olundu ki, uşaq müəllim tərəfindən təhqir olunub, psixoloji təzyiqə məruz qalıb.

 

Biz də APA TV olaraq yollandıq Səfikürd kəndinə. Əsədovlar ailəsinin qonağı olub soruşduq ki,nə məsələdir? Məktəblinin atası Şəhruz Əsədov dedi ki, şagird ətəyi qısa olduğu üçün məktəbə şalvarla gedib. Buna görə qızım dərsdən kənarlaşdırıb.

 

Məsələ ilə bağlı Səfikürd tam orta məktəbinə yollandıq. Məktəbin direktor əvəzi Lamiyə Abışova APA -TV yə bildirdi ki, valideynin dedikləri şər-böhtandır.

 

Üz tutduq məktəb psixoloquna. Soruşduq ki, 12 yaşlı uşaq dərsdən geri qaytarılanda siz harada idiniz? Niyə bunun uşağa necə təsir edəcəyi barədə heç kimi məlumatlandırmadınız? 

 

Bütün tərəfləri dinlədikdən sonra təhsil ekspertləri və psixoloqlarla əlaqə saxladıq. Təhsil eksperti Elçin Əfəndi deyir ki, məktəb rəhbərliyinin şagirdi evə göndərməyə ixtiyarı yoxdur.

 

Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə, belə halın baş verməsi məktəb rəhbərliyinin psixoloji və pedaqoji hazırlığının olmamasından irəli gəlir.

 

Goranboy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Kifayət Rzayeva APA TV-yə şifahi olaraq bildirdi ki,  məsələdən xəbərdardır, direktor və valideyndən izahat alınıb. Araşdırmalardan sonra məsələyə hüququ qiymət veriləcək.

 

Qeyd edək ki, Səfikürd tam orta məktəbində 1000-ə yaxın şagird təhsil alır. Onların da təlim tərbiyəsi ilə 125 nəfərlik pedaqoji heyət məşğul olur.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR