Goranboyda 3 minik maşını toqquşdu
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Hadisə zamanı "Mercedes", "Daewoo Nexia" və "Opel" markalı minik maşınları toqquşub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, 3 avtomobilin toqquşması nəticəsində rayonun Kürəkçay qəsəbə sakini 1967-ci il təvəllüdlü Mayis Bağırov ölüb.
Kürəkçay qəsəbə sakinləri - 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov, 1963-cü il təvəllüdlü Xumar Əhmədova və 2017-ci il təvəllüdlü Dəniz Əhmədova isə xəsarət alıblar.
Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.
FHN-dən APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Goranboy rayonunun Veyisli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Daewoo” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi