Goranboyda avtomobil maneəyə çırpılıb – XƏSARƏT ALAN VAR
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA Tv-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mazda" markalı minik maşını üzü Gəncə istiqamətində olarkən idarəetmədən çıxaraq, dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1967-ci il təvəllüdlü Bakı sakini olan sərnişin Quliyeva Şöhrət Rüfət qızı ağır xəsarət alaraq, Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir. Avtomaşında olan digər 2 nəfər isə yüngül xəsarət alıb. Sürücünün sözlərinə görə, qəzaya səbəb avtomobilin qabaq təkərin çıxması olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar