Goranboyda avtomobil yoldan çıxaraq aşdı
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-TV nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü rayon sakini 1990-ci il təvəllüdlü İlkin Səfər xəsarət alıb, anası 1962-ci il təvəllüdlü Səyarə Rəhimova hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Goranboy
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib