Goranboyda maşın ağaca çırpılıb
Goranboyda yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21 08" markalı minik maşınının sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 33 yaşlı Ceyhun Aydınov və 36 yaşlı Nicat Qadirov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV, Goranboy
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq