Goranboyda maşın ağaca çırpılıb
Goranboyda yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21 08" markalı minik maşınının sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 33 yaşlı Ceyhun Aydınov və 36 yaşlı Nicat Qadirov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV, Goranboy
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu