Goranboyda qəbiristanlıqda maşına atəş açıldı
Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərki-silah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlmiş orada 2 dəfə havaya, 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib