Goranboyda qəza olub, yaralılar var

# 21:10
12 yanvar 2023

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Dəliməmmədli-Qırıxlı avtomobil yolunun Kəhrizli kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayonun Qarapirimli kənd sakini 1993-cü il təvəllüdlü Kamil Cəfərlinin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Qırıxlı istiqamətində hərəkətdə olduğu zaman Muzdurlar kənd sakini 1987-ci il təvəlüdlü Arzu Rəhimovun idarə etdiyi "VAZ 21011" markalı minik maşını ilə toqquşub.

Qəza zamanı "VAZ 21011"-in sürücüsü, eləcə də sərnişinləri 1991-ci il təvəllüdlü Həsənov Hacı Malik oğlu, 1955-ci il təvəllüdlü Rəhimova Həqiqət Ələddin qızı və 1998-ci il təvəllüdlü Həsənova Fatimə Mustafa qızı xəsarət alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir. Ilkin ehtimala görə, qəzaya "VAZ 21011"-in "Mercedes" markalı minik maşının yoluna çıxması səbəb olub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR