Goranboyda Xocalı qurbanları anıldı
Goranboyda Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı anım mərasimi keçirilib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, mərasim xocalıların müvəqqəti məskunlaşdığı Ağcakənd qəsəbəsində baş tutub. Anım mərasimində çıxış edənlər Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş bir qətliam, vandalizm faktı olduğunu bildiriblər. Daha sonra həmin gecənin canlı şahidləri faciə haqqında danışıblar.
Sonda məktəblərin ifasında “Xocalı soyqırımı qurbanlarının xatirəsinə” həsr edilmiş ədəbi –bədii kompozisiya nümayiş etdirilib.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV, Goranboy, Ağcakənd
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi