Goranboyda yük maşını anidən alovlandı
Goranboyda yük avtomobili yanıb. Hadisə Bakı-Qazax magistral yolunun Borsunlu kəndindən keçən hissəsində baş verib. Sürücü Vüqar Əliyevə məxsus "Ateko" markalı yük maşını anidən alışıb. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub.
Yanğının qarşısı alınıb. Məlumata görə, yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banının üzərinə çəkilən tent yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
FUAD NAZİKMOĞLU APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu