Göyçay ağır qəza, yaralananlar var

# 11:53
16 oktyabr 2023

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. Avtomobil qəzasında üç nəfər ağır bədən xəsarətləri alıb. İlkin məlumatlara əsasən, qəza zamanı “TIR” növlü yük avtomobili “VAZ 21015” markalı avtomobillə toqquşub. Hadisə zamanı 2003-cü il təvəllüdlü Əhmədov Elvin və 1995-ci il təvəllüdlü Abdullayev Mürsəl Səlim oğlu ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR