Göyçay narının qara günləri: Çöllərə tökürlər

# 15:07
26 dekabr 2022

Göyçaylı fermerlər nar bağlarından topladıqları məhsulu sata bilmirlər.

Fermerlər deyir ki, alıcı olmadığından hazırda anbarlarda və ağacların üzərində  saxlanılan tonlarla nar çürüyür.

Fermer Eyvaz Səmədov deyir ki, hazırda qış fəsli ilə əlaqədar nar bağlarında aqrotexniki qulluq aparılmalıdır. Məhsulu sata bilməyən fermerlər məhsul çürüməsin deyə ağaclardan toplamayıb, bu səbəbdən də ağaclara qulluq prosesi də həmişəkindən fərqli şəkildə aparılır. Fermer deyir ki, ucuz satmaq istəmirik deyə bu ilki məhsul ağaclarda çürüyür, aqrotexniki qulluğu da normal apara bilmirik deyə gələn il də məhsulumuz yaxşı olmayacaq.

Məsələ ilə bağlı Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Famil Nəbiyev bildirdi ki, fermerlər məhsulu nar mövsümündən bir qədər sonra satışa çıxararlarsa qazanc götürə bilərlər.

Qeyd edək ki, Göyçay rayonunda ümumən 6782 h meyvə bağları var ki, onun da 3378 h nar bağları təşkil edir. Bu bağların 3301 h meyvə verən bağlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR