Göyçayda 6 nəfər tutuldu - SƏBƏB
Göyçayda narkotik satan 6 nəfər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Azad Cəlilov saxlanılıb. Bundan başqa, 20 il məhkumluq həyatı yaşayan Polad Qəribov və Nicat Hacıyev də narkotik satdıqlarına görə saxlanılıblar.
Göyçay şəhəri ərazisində keçirilən digər əməliyyat zamanı isə daha 3 nəfər, əvvəllər də məhkum olunmuş Nəriman Rəhimov, Qabil Pirəliyev və Elvin Məmmədov tutulub.
Tutulan həmin şəxslərdən ümumilikdə 17 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Şahnəzər Bəşirov, APA TV Göyçay
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu