Göyçayda 87 yaşlı qadın evdə yanaraq öldü
Göyçayda dəhşətli yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kürdşaban kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Elnarə Muradovaya məxsus iki otaqlı evdə baş verən yanğın zamanı əşyalar tamamilə yanaraq yararsız hala düşüb.
Yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Alov söndürüldükdən sonra mənzildə ev sahibinin qayınanası 87 yaşlı Badam Mahmudovanın yanmış meyiti tapılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri