Bank Of Baku

Göyçayda avtomobil elektrik dirəyinə çırpıldı, 9 kənd işıqsız qaldı

# 05:25
3 mart 2021

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Cəyirli-Alpoud yolunun Ləkçıplaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun Qaraxıdır kənd sakini Şahnəzər Səlimov "QAZ 3110" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

 

Hadisə zamanı sürücü və oğlu Nəzər Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərbənin təsirindən beton elektrik dirəyi aşıb və10 kilovoltluq naqillər qırılıb.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR