Göyçayda avtomobil kanala aşıb
Göyçayda avtomobil su kanalına düşüb.
Hadisə rayonun İnçə kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini, 34 yaşlı Məmmədalıyev Ziya Aftandil oğlunun idarə etdiyi “KİA” markalı minik maşını kənd ərazisindəki körpüdən keçərkən idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq su kanalına aşıb.
Avtomobildə olan sürücü və 2 nəfər sərnişin ətrafdakı insanların köməyi ilə sudan çıxarılıb.
Hazırda avtomobilin sudan çıxarılması istiqamətində zəruri işlər davam etdirilir.
Fakt araşdırılır.
İlham Əhmədov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu