Göyçayda avtomobil yanıb
Göyçay rayonunun Yalman kəndi ərazisində hərəkətdə olan minik avtomobili yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, 1977-ci il təvəllüdlü Samir Hacıyevə məxsus "QAZ 2410" markalı minik avtomobilinin mühərrikində baş verən yanğın qısa vaxtda salona keçib. Hadisə zamanı maşın yanaraq yararsız hala düşüb. Əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu